İstifadə Qaydaları

Rəqəmsal Könüllülər Təşkilatının (RKT) veb saytı, UNEC tələbələri üçün nəzərdə tutulmuş bir platformadır. Bu saytda tələbələr qeydiyyatdan keçərək təşkilata üzv ola, şəxsi kabinet yarada, tədbirlərə qatılaraq aktivliklərini izləyə və qazandıqları sertifikatlara baxa bilərlər. Saytın məqsədi, üzvlərə asanlıqla RKT tədbirləri və fəaliyyətləri haqqında məlumat almaq və onlara qatılmaq imkanı yaratmaqdır.

1. Giriş detalları

Sayta daxil olmaq və qeydiyyatdan keçmək üçün "Daxil ol" düyməsinə klikləyərək UNEC kabinet məlumatlarınızı daxil etməlisiniz.

  • UNEC tələbəsi olduğunuzu təsdiqləmək üçün təqdim etdiyiniz məlumatlar yoxlanılacaqdır.
  • UNEC tələbəsi olduğunuz təsdiq edildikdən sonra şəxsi e-poçt ünvanınızı və şifrənizi təyin edərək RKT kabinetinizi yarada bilərsiniz.
Term Image 1
Term Image 2

2. Şəxsi kabinetinizdə aşağıdakı imkanlar mövcuddur:

  • Təşkilatın xəbərləri və tədbirləri haqqında məlumat almaq.
  • Tədbirlərə qeydiyyatdan keçmək və iştirak etmək.
  • Tədbirlərdə aktivliyə görə topladığınız balları izləmək.
  • Tədbirlərdən qazandığınız sertifikatları kabinetinizdə görmək.

3. Tədbirlərdə İştirak

Tədbirlərə qatılmaq üçün şəxsi kabinetinizdən tədbirlərə qeydiyyatdan keçməyiniz tələb olunur. Tədbirlərdə iştirak üçün sizə QR kod təqdim ediləcək. Bu QR kodu tədbirə giriş zamanı istifadə edə bilərsiniz.

Term Image 3
Term Image 4

4. Reytinq Sistemi və Hədiyyələr

Hər bir tədbirdə iştirak etdikcə aktivlik balları toplayırsınız. Topladığınız bu ballar, reytinq cədvəlində yer almanızı təmin edir. Reytinq cədvəlində ilk üçlükdə yer alan üzvlərə RKT tərəfindən xüsusi hədiyyələr təqdim edilir.
Bu, aktiv iştirakınızı tanımaq və təşviq etmək məqsədini güdür. Reytinq səhifəsinə daxil olaraq öz sıralamanızı izləyə, digər üzvlərlə müqayisə edə və daha çox bal toplayaraq liderlər arasında yer almaq üçün tədbirlərə qatılmağı hədəfləyə bilərsiniz.
Hər bir iştirak, həm də mükafat qazanma şansı deməkdir!

UNEC tələbəsi olduğunuzu təsdiqləmək üçün təqdim etdiyiniz məlumatlar yalnız bu məqsəd üçün istifadə ediləcək və məxfi saxlanılacaqdır. Şifrənizi heç bir kəs ilə paylaşmayın və hesabınıza icazəsiz girişə qarşı diqqətli olun.

Hər hansı bir problem yaşadığınızda və ya texniki dəstəyə ehtiyacınız olduqda, saytın "Əlaqə" bölməsindən bizə müraciət edə bilərsiniz.