"Rəqəmsal Könüllülər" Təşkilatı
haqqında ümumi qısa məlumat
Rəqəmsal Könüllülər Təşkilatı rəqəmsal bacarıqları olan tələbələrin üzvlüyü əsasında Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan təşkilatdır.Karantin dövründə pandemiya ilə əlaqədar olaraq yaranan tələbatdan yaranmışdır.
Təşkilatın fəaliyyətinə nəzarət UNEC rəhbərliyi tərəfindən həyata keçirilir.
Təşkilatın yaradılmasında əsas məqsəd tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsini, universitenin professor-müəllim, tələbə heyətinə və əməkdaşlarına texniki dəstəyin göstərilməsini təmin etməkdən, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərilməsi ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə köməklik etməkdən ibarətdir.Həmçinin tələbələrdə ilkin əmək vərdişlərinin formalaşdırılması istiqamətində sistemli iş aparılmasını da əhatə edir.
Təşkilatın universitetdə tanınmasının təmin edilməsi və tələbələrin universitet daxilində könüllü fəaliyyətə cəlb edilməsi də təşkilatın funksiyalarına daxildir.
Təşkilatın fəaliyyəti,əsasən,aşağıdakı istiqamətlər üzərinə qurulur:
1.Tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək
2.Şəhid və qazi övladlarının İT bacarıqlarını artırmaq
3.Təhsildə faydalı elektron informasiya resurslarından istifadə etmək
4.Müraciət edildiyi təqdirdə texniki dəstəyin göstərilməsini təmin etmək