Bizə ən çox ünvanlanan bir neçə sualı cavablarıyla bərabər yerləşdirmişik.
Oxuyub suallarınıza cavab tapa və ya əlavə sualınız varsa form vasitəsilə bizə ünvanlaya bilərsiniz.
Təşkilatın mahiyyəti nədir?
Rəqəmsal Könüllülər Təşkilatı UNEC-də tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılmışdır. Təşkilat həm də universitetin professor-müəllim heyəti və tələbələrə texniki dəstək göstərməklə onların işini asanlaşdırır və müasir rəqəmsal alətlərdən səmərəli istifadə etmələrinə şərait yaradır.
Niyə bu təşkilata qoşulaq?
Bu təşkilata qoşularaq, rəqəmsal bacarıqlarınızı təkmilləşdirə, praktiki iş təcrübəsi əldə edə bilərsiniz. Eyni zamanda, universitet daxilində texniki dəstək göstərərək, real layihələrdə iştirak edəcək və əmək bazarına hazırlığınızı artıracaqsınız. Könüllü fəaliyyət isə sosial məsuliyyətinizi artıraraq karyeranıza müsbət təsir edəcək.
Bu təşkilatı digərlərindən fərqləndirən nədir?
Təşkilatın əsas üstünlüyü rəqəmsal bacarıqlara fokuslanmasıdır. Biz, həm tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, həm də cəmiyyətin müxtəlif təbəqələrinə, o cümlədən şəhid və qazi övladlarına dəstək göstərməyə yönəlmiş fəaliyyətlər həyata keçiririk. Bu yanaşma sosial məsuliyyətimizi və ictimai faydamızı artırır.
Rəqəmsallaşma nədir?
Rəqəmsallaşma, ənənəvi proseslərin texnologiyalar vasitəsilə daha effektiv və çevik şəkildə idarə olunmasıdır. Bu, məlumatların elektron mühitə keçirilməsi, rəqəmsal alətlərdən istifadə etməklə iş proseslərini sürətləndirmək və səmərəliliyi artırmaq deməkdir.
Necə üzv ola bilərik (üzvlük şərtləri nələrdir?)
Üzv olmaq üçün təşkilatımızın saytında "Qeydiyyat" bölməsinə keçərək qeydiyyat formasını doldurmalısınız. Üzvlük üçün tələbələr əsasən UNEC tələbələri olmalıdır və rəqəmsal bacarıqlara maraq göstərməlidirlər.